Onlayn ictimai-siyasi qəzet
İranda 2018-ci ildən indiyədək 1100 talassemiyalı xəstə dərman çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Musavat.com bu barədə "Azad İran" teleqram kanalına istinadən xəbər verir.
Hazırda İranda 23 min talassemiya xəstəsi yaşayır ki, onlardan əksəriyyəti uşaqdır. 1100 nəfər xəstə son 6 ildə xarici dərmanların olmaması səbəbindən həyatını itirib.
Mütəxəssislərin fikrincə, dərman təminatı davamlı olarsa, bu xəstələr normal həyata qayıda bilərlər.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ