İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda XAOS - Molla rejiminin başçısı onları günahlandırır

İran prezidenti İbrahim Rəisi son 3 ayda ölkədə ən azı 30 məktəbdə qızların kütləvi zəhərlənməsi ilə bağlı açıqlama verib. Rəisi deyib ki, zəhərlənmələrə görə ölkəsinin düşmənləri məsuliyyət daşıyır.

Musavat.com xəbər verir ki, ölkənin tərəqqisi ilə düşmənliyin artdığını qeyd edən dövlət başçısı qızların zəhərlənməsini məktəblərdə inamsızlıq, ailələrdə narahatlıq yaratmaq cəhdi kimi şərh edib.

Düşmənlərin cəmiyyətin psixologiyasını hədəfə aldığını vurğulayan İran lideri məqsədin ölkədə üsyan və xaos yaratmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, noyabr ayından indiyədək zəhərlənən şagirdlərin sayı mini keçib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanaraq döyüldükdən sonra xəstəxanaya aparılan Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Tehran Polis İdarəsi Məhsa Əmininin ölümü ilə bağlı verdiyi açıqlamada onun uyğunsuz baş örtüyünə görə saxlandığını, daha sonra heç bir fiziki təmas edilmədən polis idarəsində huşunu itirdiyini bildirib. Hadisədən sonra bütün ölkəni etiraz aksiyaları bürüyüb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR