İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda şair qadınlara şeir yazdığına görə edam edildi

Amerikanın Dini Azadlıq Komissiyası İranda bəhailərə qarşı davam edən təzyiqlərlə bağlı yeni bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda 69 yaşlı Məhvəş Sabit və 70 yaşlı Fəriba Kamalabadiyə ikinci dəfə olaraq daha 10 il həbs cəzalarının verilməsi şiddətlə pislənib.

İran hakimiyyəti isə yenə də insan haqlarını tapdalayan qərar verib. Hakimiyyət gənc türkmən şairə qadınlara şeir həsr etdiyinə görə edam hökmü verib. Güney Türkmənistanın Günbəd Kavus şəhərindən olan 22 yaşlı türkmən şairi Daniyal Qızılcayi hökumət qüvvələri tərəfindən saxlanılıb. Ona qarşı məhkəmədə edam qərarını nəzərdə tutan “müharibə” ittihamı irəli sürülüb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR