İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda qəbiristanlıqda matəm mərasiminə gələnlər atəşə tutuldular - VİDEO

İranda etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən qətlə yetirilən Güney azərbaycanlı Hədis Nəcəfi adlı qızın ölümünün 40-cı günü atışma olub.

Musavat.com xəbər verir ki, İranın repressiv qüvvələri qəbiristanlıqda matəm mərasiminə gələn insanlara atəş açıblar. Həmçinin gözyaşardıcı qazdan istifadə edilib.

Lakin onlar qəzəbli matəm iştirakçılarının müqaviməti ilə rastlaşıblar və qaçmağa məcbur olublar.

Etirazçılar “Ölüm olsun diktatora!” şüarı altında xüsusi təyinatlıları təqib edərək qovublar.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR