İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xanım İsmayılqızı ifamı sildirib” - VİDEO

Müğənni Səidə Sultan və şairə və bəstəkar Xanım İsmayılqızı ilə aralarında münaqişə yaşanıb.

Musavat.com olay-a istinadən bildirir ki, buna səbəb sənətçinin X.İsmayılqızının müəllifi olduğu "Dünya quraq" mahnısını oxuması olub.

S.Sultan bildirib ki, X.İsmayılqızı "YouTube" kanalında yayımlanan həmin mahnıya şikayət göndərib:

"Xanım İsmayılqızının konserti olacaqdı Heydər Əliyev Sarayında. O ərəfədə isə bəzi problemlər yaşadım. Bu səbəbdən də konsertdə iştirak edə bilmədim. Birdə gördüm ki, mənə xəbər gəldi ki, "Dünya quraq" mahnısı "YouTube" kanalımdan silinməlidir. Məndə kanalıma şikayət gəlməsin deyə çünki sonrada problemlər olur, götürdüm mahnını sildim. Xanım mənə xəbərdarlıq göndərdi ki, o mahnını oxumasın".

Səidə mahnılarını ifa etməyə icazə verməyən bəstəkarları tənqid edib:

"Köhnə mahnıları yaşamağa imkan vermirlər. Bəli, mahnının sahibi Xanım İsmayılqızıdır. O artıq oxunmuş bir nəğmədir. O oxunmuş mahnı artıq insanların, xalqın mahnısına çevrilir. Aranjimanı o mahnının çox gözəl idi. Buradan sözümü yaşlı bəstəkarlara deyirəm ki, siz şərait yaratmalısınız sizin nəğmələriniz oxunsun, yaşasın. Belə etməklə sizin mahnılarınız yaşanmayacaq. Yeni mahnı alsaydım bunu başa düşərdim. Amma oxunmuş mahnıya belə bir münasibət göstərilməsini anlamıram. Yazın, bəstəliyin sonrada qoyun pianinonun başında qalsın. Nə zamana kimi belə edəcəksiniz? İmkan verin oxuyaq... Hətta müğənnilər də var ki, onun repertuarına digər ifaçılar müraciət edəndə mahnı davası edirlər. Niyə axı? Siz əksinə sevinin ki, yaxşı müğənni olmusunuz ki sizin repertuarınıza gənc ifaçılar müraciət edirlər. Buna görə niyə qısqanclıq hissi keçirtməlisiniz?"

Qeyd edək ki, "Dünya quraq" mahnısının ilk ifaçısı Əməkdar artist Mətanət İsgəndərli.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR