Onlayn ictimai-siyasi qəzet
Baxmuta (Artemovsk) hücumda iştirak edən "vaqnerçi" Konstantin Luqovoy muzdlu əsgərin maaşının həcmini açıqlayıb.
O, bu barədə RTVI ilə söhbətində qeyd edib. Bildirib ki, şəxsi hərbi şirkətdə (PMC) ilk maaşı 240 min rubl (4392 AZN) olub.
O izah edib ki, daha sonra hücum bölməsinin komandiri təyin edilib.
“Komandirliyimdə 300-400 nəfər var idi. Bunlar eyni vaxtda işləyən 25-30 hücum qrupudur. Mən onları idarə etməliydim. Bunun müqabilində 260 min rubl (4758 AZN) maaşım var idi”, - Luqovoy deyib.
Luqovoy qeyd edib ki, "Vaqnerçi"lərə qoşulmaq qərarı intuitiv olub.
“Mən bilirdim ki, "Vaqner" strukturunda GRU taktikası ilə məşğul olan kəşfiyyat bölmələri var. Bu, mənə yaxın idi”, - deyə o etiraf edib. (Publika.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ