İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda prezidentin istefası tələb olundu - VİDEO

Bu günlərdə İbrahim Rəisinin İran prezidenti seçilməsinin iki ili tamam olub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu münasibətlə o, İran dövlət televiziyasına canlı yayımda təqribən saat yarımlıq müsahibə verib, hökumətin daxili və xarici siyasətinə dair məsələlərdən bəhs edib.

Lakin elan edildiyinin əksinə olaraq, Rəisi artıq yarısı arxada qalmış prezidentlik müddətinin hesabatını vermək əvəzinə, daha çox əvvəlki hökumətin fəaliyyətini təftiş edib və ölkədəki ağır sosial-iqtisadi durumun günahını başqalarının boynuna atmaq yolunu tutub.

İran prezidentinin guya xalqa hesabat vermək adı ilə belə bir üsula əl atması və başçılıq etdiyi hökumətin səriştəsizliyini ört-basdır etməyə çalışması əks nəticə verib və ölkənin siyasi dairələrinin, bütövlükdə cəmiyyətin ciddi tənqidləri ilə üzləşib, hətta sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib.

Məsələn, özünün prezident seçildiyi 2021-ci il seçkilərindən danışarkən, Rəisi iddia edib ki, həmin vaxt ölkədəki ağır durumu və əhalinin ümidsizliyini nəzərə alaraq, vətəndaşların seçkidə fəallığını artırmaq və iştirakını yüksəltmək üçün namizədliyini irəli sürüb. Halbuki Rəisinin prezident postuna yiyələndiyi 13-cü prezident seçkiləri İslam Respublikası tarixində ən aşağı seçici fəallığının müşahidə olunduğu seçkilər olub və səsvermə hüququ olan vətəndaşların cəmi 48 faizi seçkilərdə iştirak edib.

Müqayisə üçün deyək ki, əvvəlki - 2017-ci ilin prezident seçkilərində iştirak dərəcəsi 73% olub. Bu kontekstdə İbrahim Rəisinin sözləri iranlı sosial şəbəkə istifadəçilərindən birinin acı rişxəndi ilə üzləşib və onun münasibəti bəzi İran saytlarında da işıqlandırılıb. Həmin istifadəçinin paylaşdığı şəkillərdə: "Seçkilərə qatılmağımın səbəbi iştirak faizinin yüksək olması idi, nəticədə seçkilərdə iştirak özünün ən aşağı səviyyəsinə çatdı" - sözləri yazılıb!

"Azad İran" "Youtube" kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR