İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda prezident seçkiləri ilə bağlı gizlinlər açıqlandı- 1285 nəfər…  

İranda prezident seçkilərinə səsvermə zamanı məhkəməyə çağırılan və həbs edilənlərin sayı açıqlandı

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, İranda bir çox sosial media fəalının və hökuməti tənqid edən insanların həbsindən sonra ölkənin Ədliyyə-Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangiri prezident seçkilərinə səsvermə zamanı 1285 sosial media fəalının məhkəməyə çağırıldığını açıqlayıb.

Onun sözlərinə görə, seçki prosesini pozmaqda günahlandırılan 58 nəfər də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bildirilib ki, səsvermənin ikinci günündə 685 sosial media fəalının da "qanunsuz fəaliyyət" apardığı müəyyən olunub. İddia olunub ki, çağırılan sosial media fəalları dindirilmə zamanı qorxudulub və təhdidlərlə üzləşiblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR