Onlayn ictimai-siyasi qəzet
İranın ictimai problemləri və hökumətin siyasəti ilə bağlı etiraz mahnıları ilə tanınan məşhur reper Tumac Salehi azadlığa çıxıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İranın ədliyyə-məhkəmə sisteminə bağlı mətbuat orqanı "Mizan Online"a istinadla xəbər verib.
"Dövlət quruluşu əleyhinə təbliğat apardığına görə bir il həbs cəzasına məhkum edilən Tumac Salehi cəzasını çəkdikdən sonra azad edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, etirazçı reperə bundan əvvəl edam cəzası verilsə də, geniş etiraz dalğasından sonra onun ölüm hökmü ləğv olunub.
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ