Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynada sülhün “qısa müddətdə” mümkün ola biləcəyini bildirib. O, Fox News-a müsahibəsində Vladimir Zelenski və Vladimir Putinlə üçtərəfli formatda görüş keçirəcəyini açıqlayıb.
“Onların hər ikisi istəyir ki, mən də orada olum və mən də olacağam,” – deyə Tramp qeyd edib.
Lakin dövlət başçısı görüşün dəqiq vaxtı və hansı şərtlərlə baş tuta biləcəyi barədə heç bir detal verməyib. Xatırladaq ki, Tramp Putinlə görüşdən əvvəl də bu danışıqların “çox tezliklə” keçirilməsini arzuladığını bildirmişdi.
ABŞ senatoru, respublikaçı Lindsi Qrem isə eyni telekanala açıqlamasında “ehtiyatlı nikbinliklə” Ukrayna müharibəsinin Miladdan əvvəl başa çata biləcəyini söyləyib.
Onun sözlərinə görə, bu ssenari yalnız Tramp, Zelenski və Putinin iştirakı ilə üçtərəfli görüşün gerçəkləşəcəyi halda mümkündür:
“Əgər bu görüş baş tutmasa, düşünürəm ki, prezident Tramp Putinə və onun neft və qazını alanlara qarşı ciddi nəticələr tətbiq edəcək.”
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ