Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Alyaskada baş tutan görüş barədə ilkin məlumatlar yayılıb. Reuters agentliyi yazır ki, tərəflərin müzakirəsi “çox müsbət və uğurlu nəticələnib”.
Məlumatda qeyd olunur ki, danışıqlar zamanı geniş spektrli məsələlər – beynəlxalq təhlükəsizlik, enerji bazarındakı vəziyyət, Ukrayna böhranı və Cənubi Qafqazda sülh prosesi gündəmə gətirilib. Həmçinin tərəflərin iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı konstruktiv mövqe nümayiş etdirdiyi vurğulanır.
Diplomatik mənbələr bildirir ki, Tramp və Putin arasında baş tutan söhbət qeyri-rəsmi atmosferdə keçib və liderlər bir sıra qlobal məsələlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Analitiklər hesab edirlər ki, bu görüş Vaşinqton və Moskva münasibətlərində gərgin fonu yumşaltmaq və dialoqun davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ