İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Xerson və Donetskdə QIRĞIN gedir: Putinlə Zelenski dayanmadı – CANLI

Alyaska sammiti başa çatdı və pessimist proqnozlar özünü doğrultdu. Qısa desək, Ukrayna ilə bağlı heç bir ciddi razılaşma əldə edilmədi, atəşkəs yoxdur, Ukraynada savaş davam edəcək…

ABŞ Prezidenti görüşdən sonra hər nə qədər optimist görünməyə çalışsa da, məyusluğunu gizlətməkdə çətinlik çəkirdi.

Putin isə ona verilən kürsüdən və fürsətdən istifadə edərək, növbəti dəfə köhnə tələblərini - “müharibənin ilkin səbəblərinin aradan qaldırılması” nağılını təkrarladı. Həmin “səbəblər” isə yaxşı məlumdur. Bu, Ukraynanın suveren dövlət kimi mövcudluğudur ki, Putin Rusiyası bunu qəbul etmir!

Bu arada, Ukraynanın Xerson vilayətində son sutkada Rusiya hücumları nəticəsində 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, hücumlar zamanı yaşayış binaları, sosial və kritik infrastruktur zərər görüb.
Qeyd edək ki, bir çox evlər, o cümlədən çoxmərtəbəli bina və 14 fərdi yaşayış evi dağıdılıb, təsərrüfat tikililəri də yararsız hala düşüb.

ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən sammitdən sonra özünün, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə görüşün mümkünlüyünü şərh edib. Amerika lideri bu barədə "Foks Nyus" telekanalına müsahibəsində bildirib.

"İndi məsələ prezident Zelenskinin əlindədir və mən həmçinin deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidirlər, lakin bu, prezident Zelenskinin işidir. Düşünürəm ki, biz hazırıq və əgər onlar istəsələr, mən növbəti görüşdə olacağam. İndi onlar prezident Zelenskinin prezident Putinlə görüşünü təşkil etməyi planlaşdırırlar", - deyə o bildirib.

Rusiya Donetsk vilayətinə nəzarət əldə etmək istəyir. Eyni zamanda, bəzi sızmalar Rusiyanın Xerson və Zaporojye vilayətlərində güzəştlərə gedə biləcəyinə dair ehtimalları göstərir.

“Voll Strit Jurnalı” məlumat yayıb. Məqalədə vurğulanır ki, Putinin bu istəyinin səbəbi 2014-cü ildən bəri Ukraynanın Donetsk vilayətində güclü möhkəmləndirilmiş şəhərlər, qəsəbələr və müdafiə istehkamlarından ibarət 50 kilometrlik istehkam zolağı yaratmasıdır. İllərlə davam edən cəhdlərə baxmayaraq, ruslar bu xətti yara bilməyiblər.

Müharibəni Araşdırma İnstitutuna istinadən jurnalistlər qeyd edirlər ki, mövcud tendensiya davam edərsə, rusların bu müdafiəni yarmaq üçün bir neçə il lazım olacaq. Buna görə də Putin Tramp ilə danışıqlar vasitəsilə döyüş meydanında əldə edə bilmədiyini qazanmağa çalışır.

“Əgər Putin danışıqlar yolu ilə bütün Donetsk vilayətinə nəzarəti ələ keçirə bilsə, bu, Rusiyanın Xarkov və Dnepropetrovsk vilayətlərinə hücum mövqeyini gücləndirəcək. Bu halda Ukrayna isə xüsusən əlverişsiz bölgələrdə təcili olaraq yeni müdafiə xətləri qurmaq məcburiyyətində qalacaq”, - nəşr qeyd edib.

TVMusavat-ın bu gün saat 10:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hüquqşünas Qulamhüseyn Əlibəyli ilə Alyaska görüşünü müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR