İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz aksiyaları nə qədər davam edəcək- Araşdırma  

 

“Reuters” xəbər agentliyi İrandakı ümumxalq etirazlarının hazırkı vəziyyəti və gələcəkdə nələrə səbəb olacağı ilə bağlı araşdırma edib.

Musavat.com xəbər verir ki, Reuters-in qiymətləndirməsinə görə, “inqilabi proses və şərtlər” gələn il də davam edəcək və tərəflərdən heç biri geri çəkilməsə və ya güzəştə getməsə, etirazlar genişlənəcək.

Amerikanın Dini Azadlıq Komissiyası isə İranda bəhailərə qarşı davam edən təzyiqlərlə bağlı yeni bəyanat yayıb. Bəyanatda 69 yaşlı Məhvəş Sabit və 70 yaşlı Fəriba Kamalabadiyə ikinci dəfə olaraq daha 10 il həbs cəzalarının verilməsi şiddətlə pislənib.

Lüksemburq Xarici İşlər Nazirliyi bu ölkənin İran əsilli vətəndaşının İranda edam cəzasına məhkum edildiyini bildirib. Eyni zamanda, Lüksemburq Avropa İttifaqının iranlı etirazçılara dəstək səylərinə tərəfdar olduğunu vurğulayıb. Lüksemburq XİN həmin şəxsin adı və hadisənin təfərrüatlarını açıqlamadan Lüksemburqun xarici işlər naziri Jan Aselbornun bunu iranlı həmkarı Hüseyn Əmirabdullahiyanla müzakirə etdiyini bildirib.

Sosial mediada yayılan görüntülərə əsasən, şaxta baba libası geyinmiş və almanca “Qadın, həyat, azadlıq” şüarı səsləndirən yaşlı kişi iranlı etirazçılarla həmrəylik əlaməti olaraq saçlarını kəsdirib.

“Reuters”-dan verilən məqalədə qeyd olunur ki, İranın Ali Məhkəməsi reper Saman Seydi Yasinin edam hökmündən verdiyi apellyasiya şikayətini qəbul edib. “İran Ali Məhkəməsinin ictimaiyyətlə əlaqələri xəbərinə düzəliş edib: “Məhəmməd Qobadlunun apellyasiya şikayəti qəbul olunmayıb. Saman Seydinin şikayəti Ali Məhkəmə tərəfindən qəbul edilib”, - agentlik bildirib.

Məlumatda qeyd edilib ki, İran İnqilab Keşikçiləri Korpusu aralarında Britaniya ilə əlaqəsi olan 7 nəfər həbs edib. Həbs olunanlardan birinin ikili (Britaniya-İran) vətəndaşlığı var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR