İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz aksiyaları: “Əgər bir olmasaq, bir-bir öldürüləcəyik!"

 

İranda molla rejiminin əleyhinə aksiyalar davam edir.

Musavat.com xəbər verir ki, ötən gün  İranın Qeşm, Təbriz, İsfahan, Tehran, Məşhəd, Yəzd və bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib.

Etirazlarda “Əgər bir olmasaq, bir- bir öldürüləcəyik!", "Gərək sənin də  valideynlərini  edam etsinlər ki, etiraz edəsən?”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”  və digər şüarlar səsləndirilib.

Onu da qeyd edək ki,  Xameneyinin "Twitter" hesabının silinməsi tələbi ilə İlon Maska ünvanlanan onlayn petisiyaya 100 mindən çox imza atılıb. Tehran şəhərinin Heşmətiyə küçəsində insanlar etirazlara qatılaraq İran rejimi tərəfindən Məcidrza Rəhnəvərdin edam edilməsini pisləyib “Diktatora ölüm” şüarı səsləndiriblər.

Punək qəsəbəsində isə etirazçılar gecə saatlarında: “Xamneyiyə ölüm!”, “Bir nəfər öldürülsə, min adam arxasında olacaq” şüarları səsləndiriliblər. Elm və Tədqiqat Universitetinin tələbələri ölkədə edamlara etiraz olaraq dərslərdən imtina edib və etiraz aksiyası keçiriblər.

Baqerşəhr qəsəbəsində etirazçılar bələdiyyə binasını yandıraraq, hökumətdən edamlara son qoymağı tələb ediblər. Etirazçıları yarımhərbi "Bəsic" qüvvələrinə məxsus qərargahını yandırblar.

Tehranın Surə Universitetinin tələbələri güclü yoxlama və maneələrə baxmayaraq hökumətin aksiya iştirakçılarını edam etməsinə qarşı etiraz aksiyası keçiriblər. Tehran Universitetinin İncəsənət fakültəsinin tələbələri universitetin girişində Mohsen Şekari və Məcidrza Rəhnəvərdin edam edilməsinə etirazlarını bildirən plakat asıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR