Onlayn ictimai-siyasi qəzet
İranda dırnaq boyası çəkdiyi üçün məktəb rəhbərliyi tərəfindən hədələnən orta məktəb şagirdi Zəhra Hatəmi intihar edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Ailəyə yaxın mənbənin məlumatına görə, şagird dırnaq boyasından istifadə etdiyinə görə məktəbin rəhbərliyi buna sərt reaksiya verib. Direktor onun mobil telefonunu əlindən alıb və bu barədə onun atasına xəbər verəcəyini deyib.
Məktəbli qız baş verənlərdən qorxduğu üçün yarımçıq tikili binaya gedib və oradan özünü ataraq həyatına son qoyub.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ