Onlayn ictimai-siyasi qəzet
İranın cənubunda yerləşən Hörmüzqan vilayətində böyük yanğın baş verib, nəticədə on gəmi məhv olub.
Musavat.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğın cümə axşamı Hörmüzqan vilayətinin Parsiyan rayonunun Bustano kəndində yerləşən Cavad əl-Aemme dokunda başlayıb. Alov on ticarət gəmisini bürüyüb.
Yanğının söndürülməsi və onun yayılmasının qarşısının alınması üçün vilayətin bütün resursları səfərbər edilib.
Yanğının səbəbləri hələ müəyyən olunmayıb, araşdırma aparılır.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ