Onlayn ictimai-siyasi qəzet
Tehran İnqilab Məhkəməsi Səidə Şəfii və Nəsim Sultanbeygi adlı iki jurnalistə həbs cəzası verib.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Səidə Şəfii sosial media hesabında bununla bağlı paylaşım edərək bildirib ki, özü və həmkarı Nəsim Sultan Beygiyə qarşı “hökumət əleyhinə təbliğat aparmaq” və “rejimə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları irəli sürülüb.
Məlumata görə, hər iki jurnalistə dörd il üç ay həbs cəzası verilib və iki il müddətinə ölkəni tərk etmələrinə qadağa qoyulub.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ