İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda daha bir terror aktı törədilib, ölənlər var

Çərşənbə günü İranın İsfahan əyalətində naməlum silahlı motosikletçilərin açdığı atəş nəticəsində azı iki nəfər ölüb, eyni sayda insan yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, həlak olanların hər ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Agentlik hadisəni terror aktı adlandırıb.

Bundan əvvəl Xuzistan əyalətinin İza şəhərindəki bazarlardan birində atışma olub, nəticədə 5 nəfər ölüb, eyni sayda yaralanıb.

Toğrul İSMAYIL
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR