İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda daha bir güneyli fəal həbs edildi

Güney azərbaycanlı vətəndaş cəmiyyəti fəalı Əfşin Nəziri sentyabrın 27-də ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) qüvvələri tərəfindən Tehranda həbs olunub.

Musavat.com xəbər verir ki, teleqram kanallarında yayılan məlumata görə, Urmu gölünün ekoloji vəziyyətinə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanaraq, Evin həbsxanasına aparılıb.

Qeyd edək ki, ailəsinin gözü qarşısında döyülərək həbs edildikdən sonra Əfşin Nəzirinin ailəsinə ETTELAAT əməkdaşları tərəfindən məlumat verilib ki, onunla görüşə 10 günlük qadağa qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR