İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda bayram tətilində qəzalarda 417 nəfər həyatını itirdi

İranda Novruz bayramı ilə əlaqədar şəhərlərarası yollarda son 10 gündə qəzalarda 417 nəfər həyatını itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İran Polis İdarəsinin Yol İdarəsinin rəisi Timur Hüseyni açıqlama verib.

Onun sözlərinə görə, 14-24 mart tarixləri arasında baş verən yol qəzalarında daha 11 min 392 nəfər yaralanıb.

İran rəsmisi qəzaların yorğunluq, yuxusuzluq, diqqətsizlik və sürət kimi səbəblərdən baş verdiyini qeyd edib.

Qeyd edək ki, İranda istifadə edilən Hicri Şəmsi təqviminə görə, martın 21-i ilin ilk günü hesab olunur. Novruz bayramı səbəbiylə 4 günlük rəsmi tətil olan ölkədə əhali təxminən 2 həftə tətilə çıxır. Ailə ziyarətlərinin, səfərlərin baş verdiyi bu günlərdə şəhərlərarası yollarda sıxlığın artması ilə əlaqədar yol qəzalarında artım müşahidə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR