Onlayn ictimai-siyasi qəzet
İranda modellik fəaliyyətinə görə 20-yə yaxın qadın həbs edilib.
Buşehr əyalətinin Polis İdarəsinin komandiri Heydər Susəni “İnstagram”da modellik fəaliyyəti ilə məşğul olan 13 nəfərdən bəzilərinin saxlanıldığını, digərlərinin isə məhkəməyə çağırıldığını açıqlayıb.
Musavat.com İrana bağlı telegram kanallarına istinadən xəbər verir ki, bildirilib ki, həmin şəxslərin sosial media hesabları da #FƏTA (Kiberməkana Nəzarət) Polisi tərəfindən qapadılıb.
Həbs olunanlar “uyğunsuz paylaşımlar etmək”də ttiham ediliblər.
Qeyd olunub ki, saxlanılan qadınlar 6 gözəllik salonu üçün model kimi xidmət göstəriblər.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ