İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Putin və Zelenskiyə ÇAĞIRIŞ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqların ikinci mərhələsini yüksək qiymətləndirib.

Musavat.com xəbər verir ki, o, həmçinin Rusiya prezidenti Vladimir Putinə və Ukrayna lideri Volodimir Zelenskiyə Türkiyədə görüş keçirmələri ilə bağlı çağırış edib.

“Bildiyiniz kimi, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri xarici işlər nazirimiz Hakan Fidanın rəhbərliyi ilə İstanbulda bir araya gəldi. Bu, həqiqətən də çox uğurlu bir görüş oldu. Nəticə etibarilə, əvvəlki dəfə razılaşdırılan min nəfərlik əsir mübadiləsindən daha çox sayda əsirin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib. Bundan əlavə, həlak olanların cəsədlərinin təhvil verilməsi ilə bağlı da razılaşmalar mövcuddur”, – deyə o, Ankarada Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR