Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın müzəffər lideri İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı və çiçəklənməsi üçün səylərini səfərbər edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə bu yaxınlarda Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb. Səfər zamanı o, Laçın Beynəlxalq Hava Limanının açılışında və 28 may - Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmişdi.
“Qalib lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. İşğalın yaraları sürətlə sağalır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”, - Ərdoğan deyib.//Report
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ