İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya ilə yeni görüşün BU TARİXLƏRDƏ keçirilməsini təklif etdi

Ukrayna Rusiya ilə yeni görüşün 20-30 iyun tarixləri arasında keçirilməsini təklif edib.

Musavat.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov "Rada" telekanalının yayımladığı mətbuat konfransında bildirib.

"Biz görüşün ayın sonunadək, iyunun 20-dən 30-dək keçirilməsini təklif etdik. Rusiya ilə növbəti görüş yalnız liderlər səviyyəsində hazırlıq olduğu təqdirdə məna kəsb edəcək. Ayın sonuna qədər cavab gözləyirik. Biz həmçinin həlak olmuş 6 000 əsgərin meyitinin qaytarılması barədə razılaşdıq", - o, deyib.

Umеrov mübadilənin tarixi və digər təfərrüatları barədə məlumat verməyib.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Tərəflər iki ölkənin liderlərinin görüşünün təşkili, əsir mübadiləsi və atəşkəslə bağlı məsələləri müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR