İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana doğru üzən gəminin QARŞISI KƏSİLDİ - Həmin gəminin içində...

Fevral ayında gecə saatlarında ABŞ kəşfiyyat təyyarəsi Oman körfəzində beynəlxalq sularda İrandan cənuba yüksək sürətlə hərəkət edən bir gəmi aşkar edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Britaniyanın Kral Donanmasının açıqlamasında öz əksini tapıb.

İngiltərə donanmasına aid helikopterin təqib etdiyi gəminin İranın ərazi sularına doğru istiqamətini dəyişməyə çalışdığı, lakin ingilis dənizçiləri tərəfindən qarşısının alındığı bildirilib.

Açıqlamada qeyd olunub ki, gəmidə İran istehsalı olan tank əleyhinə idarə olunan raketlər və ortamənzilli ballistik raketlərin hissələri daxil olmaqla müxtəlif qaçaqmal silahlar olub və onlar ələ keçirilib. Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı məlumatın BMT rəsmilərinə göndərildiyini açıqlayıb.

Britaniyanın müdafiə naziri Ben Uolles Kral Donanmasının Körfəz regionunda daimi mövcudluğunun Britaniyanın beynəlxalq hüququn qorunması səylərini, bütün dünyada sülh və təhlükəsizliyi təhdid edən fəaliyyətlərlə mübarizə öhdəliyini dəstəklədiyini bildirib.

Qeyd edək ki, Britaniya donanması keçən il də Oman körfəzində iki gəmidən qeyri-qanuni İran istehsalı olan silahları ələ keçirib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR