İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Zəngəzur dəhlizinə görə Lavrovu təhqir etdi: YENİ SKANDAL

Musavat.com-un xəbərinə görə, İranın "Tasnim news" nəşri ruslara Zəngəzurla bağlı nəsihət verib.

Nəsihətin məzmunu belədir: "Bu xəyali dəhliz baş tutmayacaq".

Bu başlıqla məqalə yayımlayan agentlik Zəngəzur dəhlizinin açılmasına çalışan Rusiya ilə münasibətləri gərginləşdirməkdə davam edir.

Məqalədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin mümkün qədər tez açılmasının zəruriliyi ilə bağlı sözlərindən sitat gətirilir.

Nəşr yazır ki, Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqazda qəbuledilməz nüfuz dəhlizinə çevriləcək. Bundan əlavə, agentlik Rusiyaya xatırladır ki, İran həmişə Qərbə qarşı onunla çiyin-çiyinə dayanıb və hərtərəfli strateji tərəfdaşlıq sazişi üzərində işləyərkən belə bəyanatlar vermək ağlasığmazdır.

ZENGE.jpeg (51 KB)

Məqalədə vurğulanır ki, Zəngəzur dəhlizinin açılması İranın Avropaya açılan qapılarından birinin bağlanması və İranın qonşularının sayının azalması deməkdir.

"Əgər hər hansı bir ölkə başqalarının hesabına yeni münaqişələr cəbhəsi açmaqla öz sərhədlərindən kənarda problemlərini həll edə biləcəyini düşünürsə, o zaman dünyanın heç bir yeri təhlükəsiz olmayacaq, dünyada daimi xaos hökm sürəcək", - materialda deyilir.

Göründüyü kimi, Zəngəzur dəhlizi gerçəkdən də İran üçün "qırmızı xətt"ə çevrilir. O, bütün bölgə üçün mühüm olan bu dəhlizin açılmaması üçün hətta əsas strateji müttəfiqi olan Rusiyaya da dirəniş göstərməyə, onunla çəkişməyə hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR