Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçinin Ermənistana səfər proqramı açıqlanıb.
“Report” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, martın 24-25-də Abbas Əraqçi İrəvanda səfərdə olacaq. O, martın 25-də rəsmi görüşlər keçirəcək.
A.Əraqçinin bunun ardınca ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. Onun İrəvana ziyarəti çərçivəsində “Danışıqların gücü” adlı kitabının təqdimat mərasimi də keçiriləcək.
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ