İnsanlara hürriyət, millətlərə istiqlal!

İran xarici işlər naziri Vaşinqtona buraxılmadı

ABŞ Dövlət Departamenti sentyabrın 25-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Vaşinqtona səfər tələbinin rədd edildiyini təsdiqləyib.

APA-nın məlumatına görə, İranın xarici işlər naziri ötən həftə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olub. İran mətbuatının yazdığına görə, o, ABŞ rəsmilıərindən Vaşinqtona getmək üçün icazə istəsə də, müsbət cavab almayıb. Bildirilib ki, 1979-cu il İran inqilabından sonra İranın Vaşinqtonda səfirliyi yoxdur.

Xatırladaq Tramp administrasiyası dövründə qəbul edilmiş qaydalara əsasən, İran rəsmilərinin ABŞ-a səfərləri zamanı müəyyən bölgələrə səfərləri qadağan edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR