İnsanlara hürriyət, millətlərə istiqlal!

İran üzərindən mülki təyyarələrin uçuşu dayandırılıb

Türkiyənin İstanbuldan İrana, Səudiyyə Ərəbistanına, Omana uçan Türk Hava Yolları, Pegasus və aşağıbüdcəli AJet aviaşirkətlərinin bir neçə reysi havalandıqları aeroportlara qayıdır. Bunu Flightradar portalının məlumatları sübut edir.

Təyyarələr İranla şərq sərhədini keçmədən, Türkiyə ərazisi üzərində dönüş edib. Qətər və Etihad hava yollarının bir neçə təyyarəsi də eyni manevr edib.
Bu arada İranın bir sıra hava şirkətləri İstanbuldan Tehran, İsfahan və Təbrizə bəzi reysləri hələ də həyata keçirirlər.

Bundan əvvəl “Türk Hava Yolları” və “Pegasus” İran, Özbəkistan və İordaniyaya bir neçə uçuşu ləğv etmişdi. Bu təyyarələrin getdiyi İstanbulun iki beynəlxalq hava limanının onlayn lövhəsində qeyd edildiyi kimi, ləğvlər beş reysə təsir edib. Bunlar İordaniyanın paytaxtı Əmmana iki gecəlik uçuş, Özbəkistana (Səmərqənd və Buxara) iki və Tehrana bir reysdir. İran paytaxtının beynəlxalq hava limanı mülki təyyarələrə müvəqqəti qadağa qoyub, İordaniyanın isə hava məkanını müvəqqəti bağladığı bildirilir.
Rusiya da öz aviaşirkətlərinə İraq və İsrailə uçuşları dayandırmağı tapşırıb.

Flightradar portalının məlumatlarından o da aydın olur ki, İran üzərindən mülki təyyarələrin uçuşları tamamən dayandırılıb. Uçuşlar Azərbaycan və digər qonşu ölkələrin hava məkanından həyata keçirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR