İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Salman Rüşdiyə hücum ittihamlarına cavab verib

“İngilis yazıçı Salman Rüşdiyə Nyu-Yorkda çıxışı zamanı hücumda yalnız onun özü yox, eləcə də onu dəstəkləyənlər günahkardır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənani Çafi deyib.

"Sui-qəsd vəziyyətində biz özü və tərəfdarları istisna olmaqla, heç kimi günahkar və ya təqsirli hesab etmirik", - deyə o bildirib.

Diplomat Tehrana qarşı irəli sürülən ittihamlara reaksiya verib. Onun sözlərinə görə, kimsənin İranı ittiham etməyə haqqı yoxdur.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyada baş nazirliyə namizəd Rişi Sunak İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları sırasına daxil etməyi təklif edib və Nyu-Yorkda britaniyalı yazıçı Salman Rüşdiyə edilən hücumdan sonra İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

R.Sunak həmçinin İranla imzalanacaq nüvə sazişinin daha sərt qaydalarla yenilənməsini istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR