İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiyaya yüzlərlə ballistik raket göndərir – Avropa kəşfiyyatı gizli təlimi aşkarladı

Tehran yaxın vaxtlarda Ukraynadakı müharibədə sonrakı istifadə üçün yüzlərlə 120 km-ə qədər mənzilli “Fath-360” ballistik raketlərini Moskvaya təhvil verə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Reuters Avropa kəşfiyyatındakı mənbələrə istinadən xəbər verir. Nəşrin yazdığına görə, onlarla rusiyalı hərbçi hazırda İranda bu silah növündən istifadə üzrə təlim keçir.

Avropa kəşfiyyatının digər məlumatında bildirilir ki, ötən ilin dekabrında Rusiya Müdafiə Nazirliyinin nümayəndələri İranla Rusiyaya maksimum uçuş məsafəsi 86 kilometr olan “Ababil” ballistik raketlərinin verilməsinə dair müqavilə imzalayıblar.

“Moskvanın özünün ballistik raketləri var, lakin İranın raket tədarükü Rusiya ordusuna arsenalının böyük hissəsini cəbhə xəttinin arxasındakı hədəfləri vurmaq üçün istifadə etməyə imkan verəcək. İran raketlərindən eyni vaxtda daha yaxın məsafədən hədəfləri vurmaq mümkün olur”, -deyə nəşr yazır.

Bu arada Ağ Ev İranın Rusiya hərbçilərinə təlim keçməsi və Tehranın sözügedən raketləri Moskvaya ötürmək niyyəti barədə məlumatları təsdiqləməyib.

Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, bu baş verərsə, Birləşmiş Ştatlar və NATO müttəfiqləri İrana “cəld və qəti cavab verməyə hazırdırlar”.

“Bu, İranın Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinə dəstəyinin kəskin artması demək olacaq”, - o deyib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR