İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiyanı rədd edir, Çinlə işə başlanır - DETALLAR

İran yaxın zamanda Çindən HQ-9 zenit-raket kompleksləri və “yer-hava” tipli raketlər alacaq.

Bu silahlar İsrailin iyun ayında hava hücumları nəticəsində zəifləyən hava hücumundan müdafiə (HHM) sistemlərini bərpa etmək məqsədilə neft barterilə əldə olunacaq.

Tehranın Rusiyanın İsrail və ABŞ hücumlarına verdiyi zəif reaksiyaya görə ciddi narazılığı yaranıb. Hətta bəzi dairələrdə bu münasibət “xəyanət” kimi qiymətləndirilib. Halbuki Moskva İranın müdafiəsi ilə bağlı heç bir öhdəlik götürməyib.

Çindən HQ-9 komplekslərinin təcili satışı ehtimalı hələlik şübhəlidir. Belə ki, bu tip silahlar yalnız sifarişlə və sadələşdirilmiş ixrac variantında təqdim olunur. Üstəlik, istehsal, sənədlərin fars dilinə çevrilməsi və mütəxəssis hazırlığı üçün uzunmüddətli proses tələb olunur.

Qeyd edək ki, İran əvvəllər də Çindən 150 ədəd J-10C döyüş təyyarəsi almaq istəmiş, lakin ödəniş forması ilə bağlı razılıq əldə olunmamışdı. Lakin ABŞ-nin iyulun 24-dən Çinə İran nefti almağa icazə verməsi bu anlaşmanın reallaşma şansını artırıb.

Hazırda İranın HHM arsenalında Rusiya istehsalı olan S-300PMU2, Tor-M1, həmçinin yerli sistemlər (Khordad, Bavar 373) və köhnə Çin sistemləri (HQ-2, HQ-7) yer alır. Bu sistemlər müasir aviasiyaya qarşı zəif qalır və Tehran bu səbəbdən istiqamətini Pekinə çevirib.

Ancaq yeni Çin silahlarının real çatdırılması və tətbiqi üçün hələ xeyli zamana ehtiyac var./Ölkə.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR