İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Dünyanı çox ciddi sınaq gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyətə və İslam ölkələrinə çağırış edərək bildirib ki, Qəzza sektorunda atəşkəs sazişinin qorunması və İsrailin öhdəliklərini yerinə yetirməsi dünya üçün həyati əhəmiyyət daşıyır.

Musavat.com xəbər verir ki, dövlət başçısının fikirləri “Anadolu” agentliyi tərəfindən yayımlanıb. Ərdoğan deyib ki, bu mərhələdə təkcə Yaxın Şərq deyil, bütün dünya çox ciddi bir sınaqla üz-üzədir:

“İndi İslam dünyasını və bütün bəşəriyyəti daha ciddi sınaqlar gözləyir. Ən başlıcası, İsrailin atəşkəs razılaşması çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirdiyinə əmin olmaq lazımdır.”

Türkiyə lideri vurğulayıb ki, bölgədə sülhün təmin olunması üçün bütün dövlətlər məsuliyyətlə davranmalı, Qəzzada baş verən faciələrin təkrarlanmaması istiqamətində real addımlar atılmalıdır.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə ədalətli sülhün təmininə və fələstinlilərin hüquqlarının müdafiəsinə bundan sonra da töhfə verməyə davam edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR