İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar

Musavat.com xəbər verir ki, Qazaxıstanda pedofillərə qarşı kimyəvi axtalanma (sterilizasiya) proseduru rəsmən tətbiq ediləcək.

Yeni qərara əsasən, bu proses yalnız məhkəmənin qərarı ilə və tibbi ekspertlərin rəyindən sonra həyata keçiriləcək. Əməliyyat məhkumun azadlığa çıxmasına altı ay qalmış mərhələdə icra ediləcək — əgər ekspertlər həmin şəxsin seksual zorakılığa meyilli olduğunu təsdiqləsələr.

Qazaxıstan Ədliyyə Nazirliyinin məlumatına görə, prosedur birbaşa cəzaçəkmə müəssisələrində və ya xüsusi klinikalarda aparılacaq. Bu addım cinsi cinayətlərin qarşısını almaq və uşaqlara qarşı zorakılığın təkrar baş verməsinin qarşısını almaq məqsədi daşıyır.

Rəsmi Astana hesab edir ki, bu tədbir “profilaktik ədalət” sisteminin tərkib hissəsi olacaq və cəmiyyətin təhlükəsizliyini artıracaq.

Yeni qaydalar 17 oktyabrdan qüvvəyə minir.

Ekspertlər bildirirlər ki, Qazaxıstan Mərkəzi Asiyada bu cür radikal tədbirə gedən ilk ölkə olacaq. Bəzi hüquq müdafiəçiləri qərarı dəstəkləsə də, digərləri bunun insan hüquqları baxımından mübahisəli olduğunu bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR