İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əfqanıstanın hər təxribatına sərt cavab veriləcək"

Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanın sərhəd bölgələrindəki təxribatçı hərəkətlərini qınayıb.

Musavat.com report-a istinadən xəbər verir ki, Şahbaz Şərif bildirib ki, Pakistan Ordusu Əfqanıstana güclü cavab verib və bir neçə əfqan postunu məhv edərək onları geri çəkilməyə məcbur edib.

Baş nazir vurğulayıb ki, hər bir təxribata güclü və təsirli şəkildə cavab veriləcək.

Şahbaz Şərif əlavə edib ki, terror təşkilatları Əfqanıstanda olan bəzi elementlər tərəfindən dəstəklənir. Rəsmi İslamabad Əfqanıstan hökumətindən öz torpağının Pakistan əleyhinə istifadə olunmasına imkan verməməsini gözləyir.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR