İnsanlara hürriyət, millətlərə istiqlal!

Taxta sexində başlayan yanğın evlərə keçdi

Göyçayda yeşik sexində başlayan yanğın iki evə keçib.

Musavat.com xəbər verir ki, nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Mənzillərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.

Alovun söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR