Onlayn ictimai-siyasi qəzet
İsveçin Milli Təhlükəsizlik Xidməti "SAPO" İranın digər ölkələrə, qruplara və şəxslərə qarşı zorakılıq hərəkətləri etmək üçün İsveç daxilində "cinayət şəbəkələrindən" istifadə etdiyini açıqlayıb.
Musavat.com-un "Azad İran" telegram kanalına istinadən məlumatına görə, bu fəaliyyətlər əsasən xaricdəki İrana müxalif qrupları və ayrı-ayrı şəxsləri hədəf alır, eyni zamanda İsrail kimi digər ölkələrin nümayəndələrini də əhatə edir.
İsveç Kəşfiyyat Xidməti xəbərdarlıq edib ki, belə hərəkətlər İsrail və yəhudilərin İsveçdəki maraqlarına, məqsədlərinə və fəaliyyətlərinə zərər vurmaq məqsədi ilə həyata keçirilə bilər.
“SAPO” bəyanatında bildirilir ki, İran İsrailə və İsveçdə Tehranın təhlükə hesab etdiyi digər ölkələrə və qruplara qarşı “zorakı hərəkətlər” tətbiq etmək üçün bəziləri uşaq olan İsveç cinayətkar dəstələrinin üzvlərini işə cəlb edir.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ