İnsanlara hürriyət, millətlərə istiqlal!

İran prezidentliyinə namizədlərin siyahısı nə vaxt açıqlanır?

İranda növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.

Bu barədə Tehran əyalətinin Seçki Qərargahının katibi Abbas Cohari IRIB telekanalında bildirib.

Onun sözlərinə görə, namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və 5 gün davam edəcək.

Cohari deyib ki, namizədlərin yekun siyahısı elan edildikdən sonra onlar daha 15 gün ərzində seçki kampaniyası apara biləcəklər.

Mayın 20-də İran hakimiyyəti növbədənkənar prezident seçkilərin iyunun 28-nə təyin olunduğunu elan edib.

İran tarixində 14-cü prezident seçkiləri mayın 19-da Şərqi Azərbaycan əyalətində Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar keçiriləcək.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR