Onlayn ictimai-siyasi qəzet
İran Azərbaycan və Ermənistanın problemlərinin dialoq yolu ilə həllini istəyir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Şəhriyar Heydəri tərəfindən səslənib.
“Pars Today” agentliyinə müsahibə verən iranlı deputat Azərbaycana qarşı olmazın ifadələr işlədib.
O, Qarabağın ənənəvi olaraq Ermənistana məxsus olduğunu, əhalinin Ermənistana köçməsinin “Azərbaycan ordusunun təcavüzü” (!) ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Şəhriyar Heydəri tez-tez Azərbaycan əleyhinə çıxışlar edir.
Musavat.com
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ