İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsraillə bağlı planına yenidən baxa bilər

ABŞ son günlər israrla İrana müraciət edərək, İsrailə zərbələr endirməməyə çağırıb. Bu müraciətin məntiqi budur ki, kütləvi rakrt hücumlarə yalnız regionda gərginliyi artıracaq və iki ölkə arasında birbaşa toqquşma təhlükəsi yaradacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Amerika tərəfi bunu onunla izah edib ki, HƏMAS liderinin ölümündə İsrailin əli olubsa da, o zaman bir nəfər də olsun İran vətəndaşı həlak olmayıb və buna uyğun olaraq, hücum planlarına yenidən baxılmalıdır.

Eyni zamanda, CNN-in məqaləsində deyilir ki, "Hizbullah" komandir Fuad Şükrün ölümünə görə qisas almaq üçün İrandan asılı olmayaraq İsraili xəbərdarlıq etmədən vura bilər. Tərəflərin belə bir hücumu öz aralarında koordinasiya edib-etmədiyi məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR