İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Hizbullahı yoxlamaq üçün Livana komissiya göndərdi

İran hakimiyyəti Beyruta müxtəlif rabitə vasitələrinin partladılmasının səbəblərini araşdırmaq üçün komissiya göndərmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, İran rəhbərliyi Tehranın dəstəklədiyi Livan Hizbullah hərəkatının apardığı araşdırmalara “artıq etibar etmir”.

Kanalın həmsöhbətləri bildiriblər ki, İranlı mütəxəssislərdən ibarət komissiya partlamış cihazların Livana necə daxil olduğunu araşdıracaq, həmçinin Hizbullahın fəaliyyətinin auditini aparacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR