İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Haniyənin ölümü ilə bağlı TƏCİLİ TOPLANTI ÇAĞIRDI

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani misirli həmkarı Bədr Əbdül Ati ilə telefon danışığında HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasının çağırılmasını istəyib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Baqeri İƏT xarici işlər nazirlərinin fövqəladə iclasının məqsədini İsrailin hərəkətlərini pisləmək və onlara qarşı çıxmaq olduğunu bildirib.

İsrail Müdafiə Qüvvələrindəki (IDF) mənbənin TASS-a verdiyi məlumata görə, İsrail ordusu Haniyənin ölümü ilə bağlı məlumatı şərh etmir.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, yəhudi dövlətinin hökumət başçısı Benyamin Netanyahunun ofisi nazirlərə bu mövzuda danışmamağı tapşırıb. Nəşrin məlumatına görə, parlament üzvləri də analoji tövsiyə alıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR