İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-Fransa gərginliyi artır – “Makronu ABŞ kəşfiyyatı idarə edir”

“Fransa Prezidenti Emmanuel Makron ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) aşağı səviyyəli əməkdaşı tərəfindən idarə olunur”.

Bunu İranın kəşfiyyat naziri Seyid İsmayıl Xatib deyib:

“Avropa ölkələrinin bəzi liderləri öz ölkələrinin ABŞ-dan müstəqilliyinə həssas yanaşırlar. İndi bu durumu Fransa Prezidenti Makronla müqayisə edək. ABŞ prezidentinin gəlib ona nə edəcəyini söyləməsinə belə ehtiyac yoxdur. Çünki Mərkəzi Kəşfiyyat İdarəsinin aşağı səviyyəli əməkdaşı onun yanına gedib nə deməli və necə davranmalı olduğunu diktə edir”, - Xətib bildirib.

Fransa Xarici İşlər Nazirliyi bundan əvvəl İranı insan haqlarını kobud formada pozmaqda, siyasi həbslərdə ittiham edib. XİN buna görə İrana beynəlxalq sanksiyaların sərtləşdirilməsinə çağırış edib.(Teleqraf.com)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR