İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib - Erməni deputat AÇIQLADI

“Son iki il ərzində rəsmi Tehrandan təklif gəlməsinə rəğmən İranla bir dəfə də olsun təlim keçirilməyib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatlarından Anna Qriqoryan parlamentdə söyləyib.

Onun sözlərinə görə, müvafiq qanunvericilik bazası belə formalaşmayıb:

“İki il ərzində İranla əməkdaşlığı inkişaf etdirmək üçün nələr edilib? Hakimiyyətin yeritdiyi siyasət nəticəsində Ermənistan geosiyasi toqquşmaların episentrinə çevrilə bilər. Müxtəlif qüvvələrin cəmləşdiyini nəzərə alsaq, bu toqquşma Sünikdə baş verə bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR