İnsanlara hürriyət, millətlərə istiqlal!

İran BMT araşdırmasının əleyhinədir

İranın BMT yanındakı daimi nümayəndəsi Səid İrvanı qurumun Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına məktubla müraciət edib.

AZƏRTAC xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarına əsasən, İranın Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verməsi araşdırılacaq. İranın BMT yanındakı daimi nümayəndəsi bu araşdırmanın əleyhinə çıxış edərək bildirib ki, 2231 saylı qərar araşdırma aparmaq üçün ABŞ və Avropa dövlətlərinə əsas vermir. Lakin buna baxmayaraq, BMT məsələni araşdırmaq qərarına gəlib.

Qeyd edək ki, BMT –nin 2231 saylı qərarı Rusiyaya silah satmağı qadağan edib.

Səid İrvanı məktubunda İranın Rusiyaya PUA satmasını qətiyyətlə rədd edir. Bununla yanaşı, Ukrayna tərəfi iddia edir ki, rəsmi Moskva İrana 2 mindən çox PUA almaq üçün sifariş verib. Bu pilotsuz uçuş aparatları Ukraynada mülki infrastruktura zərbələr endirmək üçün istifadə olunur.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da araşdırmanın əleyhinə çıxış edir. O bildirib ki, İranın Rusiya ilə hərbi sahədə əməkdaşlıq əlaqələri var. Lakin Rusiyaya PUA verilməyib.

Nəzərə çatdıraq ki, bu məsələ gündəmə gələndə İranın reaksiyası çox zəif oldu. Lakin getdikcə aktuallaşdı və BMT səviyyəsinə yüksəldi ki, bu da İrana Rusiyaya silah satmaq perspektivinə yenidən baxmaq zərurəti yaradıb.

Qərb mətbuatının yazdığına görə, İran iqtisadiyyatı ürəkaçan olmadığı üçün maliyyə vəsaitinə böyük ehtiyacı var. Ölkədə baş verən iğtişaşların qarşısını almaq üçün İran iqtisadiyyatına nəfəs verməyə çalışır ki, bunun da yolunu Rusiyaya silah-sursat satmaqda görür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR