İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycan sürücülərindən QİSAS ALIR - “Gedin “Tramp marşrutu”ndan istifadə edin”

Naxçıvandan Bakıya yük daşıyan sürücülər İran-Azərbaycan sərhədində görünməmiş çətinliklərlə üzləşiblər. 

Musavat.com xəbər verir ki, Ermənistan və Azərbaycan arasında sülh bəyannaməsi imzalandıqdan sonra İran Naxçıvandan Bakıya yük daşıyan sürücülər üçün gömrük prosedurlarını sərtləşdirib.

Sürücülərin sözlərinə görə, artıq bir neçə gündür ki, qida, su və sanitar şərait olmadan gözləməli olurlar.

Bildirirlər ki, onları növbə bəhanəsi ilə Biləsuvar gömrüyündən uzağa, çölə göndərirlər və yalnız istədikləri vaxt bir-iki maşını buraxırlar.

“Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar”, - deyə sürücülərdən biri bildirib.

Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara, “xoşunuza gəlmirsə, gedin “Tramp marşrutu”ndan istifadə edin” deyirlər.

Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “Tramp marşrutu”nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ-nin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR