İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-la gizlin anlaşmaya gedir- Rusiyaya qarşı YENİ PLAN

“The New York Times" ABŞ və İran arasında hazırlanmaqda olan sazişin təfərrüatlarını dərc edib.

Musavat.com xəbər verir ki, məlumata görə danışıqların təfərrüatlarını üç yüksək vəzifəli İsrail, bir İran və bir ABŞ rəsmisi təsdiqləyib.

Rəsmilərin məlumatına görə, Bayden administrasiyası gərginliyi və İran ilə hərbi qarşıdurma riskini azaltmaq, eyni zamanda Tehranın nüvə proqramını məhdudlaşdırmaq  üçün İranla gizlin danışıqlar aparır.

ABŞ-ın məqsədi bəzi İran rəsmilərinin “siyasi atəşkəs” adlandırdıqları qeyri- rəsmi, yazılmamış razılaşmaya nail olmaqdır. Qəzet yazır ki, razılaşma İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı yaratmasının, Rusiyanı Ukraynada istifadə üçün pilotsuz təyyarələrlə təchiz etməsinin qarşısını almağı hədəfləyir.

İran yeni pakta əsasən uranı hazırkı istehsal səviyyəsinin 60% saflıgından artıq zənginləşdirməməyə razı olacaq.

İran həmçinin regiondakı qüvvələrinin Suriya və İraqdakı amerikalı podratçılara qarşı ölümcül hücumlarını dayandıracaq, beynəlxalq nüvə müfəttişləri ilə əməkdaşlığı genişləndirəcək və Rusiyaya ballistik raketlər satmaqdan çəkinəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR