İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidar deputatı ilə müxalifət funksioneri ABŞ-ın, Qərbin üstündə mübahisə etdilər: səbəbi...

 

Vüqar İskəndərov: “Avropanın bir çox ölkələri Azərbaycana bomba belə atmağa hazır idi”

Natiq Cəfərli: “Siz niyə indi hökumətin bu yüksək səviyyəli münasibətlər durumunda Qərbi tənqid etmək istəyirsiz?”


Martın 18-də “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun müəllifliyi ilə yayımlanan “Dərin Təhlil” verilişində müxalifət-iqtidar nümayəndələri arasında Qərbin Azərbaycana münasibəti məsələsində fikir ayrılığı yaranıb.

Musavat.com xəbər verir ki, ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə YAP-çı deputat Vüqar İskəndərov bu mövzuda maraqlı polemika aparıblar. Sözügedən dialoqu nəzərinizə çatdırırıq:

Natiq Cəfərli: Siz birinci dediniz ki, Qərb Ukraynada plan qurdu və orada proseslər gedir. Onda belə çıxır ki, Putin həddən artıq ağılsız adamdır, dünyagörüşü də dardır ki, bunu gətirib sakitcə bu tələnin içinə salmaq olar. Özü düşübsə, özündə də bir problem var. Ucuz işçi qüvvəsi məsələsinə gəlincə, Ukrayna onsuz da Avropaya vizasız gedirdi, bunun üçün vizaya ehtiyac da yox idi. İndiyə qədər 8 milyon ukraynalı zatən Avropa ilə təmasları var.

Vüqar İskəndərov: Mən demədim ki, müharibəni ukraynalılar qaçqın olaraq Avropaya getsinlər deyə salıblar. Bu, sadəcə bir bonusdur. Rauf bəy söylədi ki, Avropa Ukraynadan gələn qaçqınlara görə narahatdır. Amma mən dedim ki, çox da narahat deyillər.

N.Cəfərli: Mən dünən Polşa ilə danışmışam. Orada da çox ciddi humanitar problemlər yaşanır. Artıq supermarketləri boşaldıb, orada yataq yerləri düzəldirlər. Müsəlman ölkələrindən 10 milyona yaxın qaçqını Avropa qəbul edib son 20 ildə. Avropanın bir paytaxtlarının meri müsəlmandır. İslamafobiya çox yayılmış tezisdir. Amma bu, realdır. Qərb dövlətlərinin ikili standartları və Qarabağ məsələsində 26 il davam edən danışıqların olması. Ukrayna ilə bizim münaqişəmiz eyni deyil. Biz birinci Qarabağ savaşında erməniyəmi uduzduq? Xeyr. Biz nə zaman elan etdik ki, Rusiya ilə vuruşuruq? Ukrayna 2014-cü ildən açıq-aydın deyir ki, biz Rusiya ilə vuruşuruq. Bizim dövlətin bununla bağlı rəsmi mövqeyində Rusiya ilə vuruşduğumuz qeyd olunmayıb.

V.İskəndərov: Dövlətin necə rəsmi mövqeyi olsun? Biz Rusiya ilə vuruşmamışıq. Biz axı Rusiya ilə müharibə vəziyyətində deyildik.

N.Cəfərli: İndi Qərblə yetərincə yüksək səviyyəli münasibətlər var. Bizim 44 günlük Vətən Savaşında da mane olmadılar. Elə rəy yaratmayaq ki, sanki Qərb indi Azərbaycanı parçalamaq üçün fürsət axtarır.

V.İskəndərov: Azərbaycanı parçalamaq mümkün deyil. Çünki Azərbaycanın uğurlu xarici siyasəti var.

N.Cəfərli: Azərbaycan hökumətinin Qərblə çox yüksək səviyyədə münasibətləri var. Siz niyə indi bu yüksək səviyyəli münasibətlər durumunda Qərbi tənqid etmək istəyirsiz?

V.İskəndərov: Mən Azərbaycan oğlu olaraq torpaqlarımızın işğal edildiyini bilirdik, buna inanırdıq. Amma bu məsələlərdə Qərb yenə özünü göstərdi. Fransanın, Niderlandın mövqeyini bu müharibədə gördüm. Avropanın bir çox ölkələri Azərbaycana bomba belə atmağa hazır idi. Fransanın iki palatası Ermənistanın etmədiyi gülünc bir qanun qəbul etdi. Qarabağın tanınması ilə bağlı. Söhbət yanaşmadan gedir.

 

 


Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR