İnsanlara hürriyət, millətlərə istiqlal!

İpoteka müraciətlərinin sayı açıqlandı - RƏSMİ

Adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1770 müraciət daxil olub, güzəştli ipoteka kreditləri üzrə isə 641 müraciət qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında bildirilib: 

"İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə “Elektron ipoteka və kredit zəmanət” sistemində təhlükəsizlik auditi üzrə yoxlamalar həyata keçirilib və dayanıqlı fəaliyyəti üçün informasiya sistemində optimizasiya işləri aparılıb. Yoxlamalar ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə aparılıb.

Bildirilib ki, adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1770 müraciət daxil olub, güzəştli ipoteka kreditləri üzrə isə 641 müraciət qeydə alınıb:

"Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və digər proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir. Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilmiş və bu zaman sistemin fəaliyyətində heç bir texniki nasazlıq və kənar müdaxilə halı müşahidə edilməyib. 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Qeyd edək ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 1 fevral 2023-cü il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 2 fevral 2023-cü il saat 10:00-dan başlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR