İnsanlara hürriyət, millətlərə istiqlal!

İordaniya Ermənistandan pul alıb, lakin silah verməyib? - Paşiniyandan müəmmalı cavab

“Bu gün biz silah və texnika əldə etmək imkanlarımızı şaxələndirməyə və bu istiqamətdə irəliləməyə çalışırıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən, noyabrın 11-də yerli İctimai Televiziyaya müsahibəsində Hindistandan silah tədarükü ilə bağlı mətbuatda dərc olunan yazılara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, silah tədarükü ilə bağlı məlumatların dərc edilməsi zəruri və məqsədəuyğun olarsa, bu, həyata keçiriləcək.

Paşinyan Ermənistanın 100 milyonluq ödəniş etdiyi, ala bilmədiyi silahlarla bağlı suala mənfi cavab verib: “Xeyr, təəssüf ki, hələ də həll olunmayıb. Müzakirələrimiz davam edir”.

Ermənistan baş naziri burada İordaniyanın adının mətbuatda qabardılması ilə bağlı fikirlərə təbəssümlə reaksiya verib: "Mətbuat adətən, həmişə olduğu kimi, daha etibarlı məlumatlara malikdir."

Xatırladaq ki, bu il sentyabrın 29-da Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan bu sözləri sərf etmişdi: “Bizdə 100 milyon dollar ödənildiyi hallar var, lakin bununla əlaqədar tədarük öhdəlikləri, yerinə yetirilmir. Bu, əlbəttə ki, acı bir reallıqdır”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR